AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Kəşfiyyatının “90 gün Proqnozu” fiasko ilə nəticələndi və “Yeni bir cəmiyyət Qurmaq” layihəsi suya düşdü – Politoloq Ülkər Piriyeva

  • + A
  • - A
  • 19-08-2021, 08:00



    ABŞ Kəşfiyyatının “90 gün Proqnozu” fiasko ilə nəticələndi və “Yeni bir cəmiyyət Qurmaq” layihəsi çökdü.
    Bunu Azadmedia.az-a açıqlamasında Politoloq Ülkər Piriyeva bildirib.


    Bütün proqnozlar fiasko ilə nəticələndi, bir sözlə, bir çox insan Taliban hərəkatının sürətlə irəliləməsi ilə bağlı yanıldı. Heç bir proqnoz doğru çıxmadı, günlərlə gündəmdə olan əfqan mühacirlər barədə məlumatlar da alt üst oldu.
    ABŞ-ın Dünya ticarət Mərkəzini yerlə bir edən 11 Sentyabr hadisələrindən dərhal sonra təcili olaraq dünyanın bir çox ölkəsinin dəstəyini alaraq yerlə bir etdiyi Taliban, 20 il sonra qələbə qazandı. İndi nə qədər əfqanın öz ölkəsini tərk edəcəyi və dəqiq haralara gedəcəyi maraq doğurur. Heç kim bunun bu qədər tez olacağını düşünmürdü.


    Dünyanın ən güclü kəşfiyyat şəbəkəsi olan ABŞ kəşfiyyatı belə, bunun bu qədər tez olacağını qabaqcadan görə bilmədi. Əslində, ABŞ kəşfiyyatı Talibanın 90 gün ərzində Kabulu ala biləcəyini söyləmişdi. Ancaq kəşfiyyat məlumatlarına əsaslanaraq ifadə edilən 90 gün proqnozu bir həftə ərzində yerlə bir oldu və Kabul şəhəri çökdü.

    Yarım əsr ərzində adlarını sərkərdə kimi tanıdanların taleyi dəqiq bilinmir.

    İndi tam olaraq nə qədər əfqanın öz ölkəsini tərk edəcəyi və dəqiq haralara gedəcəyi maraq doğurur. Ancaq bununla əlaqədar heç də üst-üstə düşməyən fikir qarışıqlığı mövcuddur. Belə ki, ABŞ-ın ölkədən çıxdığını elan etməsindən dərhal sonra yüz minlərlə əfqan evlərini tərk elədi. Digər tərəfdən isə, bu gün ABŞ bütün mühacirləri deyil, yalnız tərcüməçilərin üçüncü ölkələrə gedib oradan viza üçün müraciət etmələrini istəyir.
    Belə ki, NATO-ya üzv olan ölkələr Əfqanıstanda uğursuz oldu.

    ABŞ-ın demokratiya və azadlıq gətirmək iddiası ilə yeni bir cəmiyyət qurma layihəsi çökdü, bir sözlə, ABŞ cəmiyyətin və sivilizasiyanın əsas daşları ilə oynadı.

    NATO-nun Əfqanıstan ordusuna verdiyi təlim heç bir fayda vermədi və bir tərəfdən NATO müşavirləri Əfqanıstan əsgərlərinə nizami ordu təhsili verərkən, Əfqanlar 40 ildir ki, Partizan taktikası ilə mübarizə aparırlar, həm də özlərinə məxsus partizan taktikası ilə.

    Ancaq NATO müşavirləri bunu anlaya bilmədilər. Beləliklə, xəstəyə yanlış diaqnoz qoyuldu, nəticəsi göz önündə. Ən müasir Amerika silahlarına baxmayaraq, Əfqanıstan ordusu talibanlar qarşısında pərəm pərəm düşdü.

    Bunun bədəlini isə ən ağır şəkildə Əfqanıstan xalqı ödəyəcək. Beləliklə, ABŞ-ın yalnış diaqnozlu milli quruculuq planı uğursuzluqla nəticələndi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR