Rusiya və Azərbaycanın Əməkdar artisti Mutay Xadulayev dünyasını dəyişib.
81 yaşlı sənətçinin ölüm xəbərini Dağıstanın mədəniyyət naziri Zarema Butaev yayıb.
Bildirilib ki, o, koronovirus infeksiyasına yoluxub.
Qeyd edək ki, 1969-cu ildən Dağıstan “Ləzginka” Dövlət Akademik Rəqs Ansamblında çalışan M.Xadulayev orkestrə rəhbərlik edirdi. O, Dağıstanın Xalq artisti, Rusiya Federasiyası və Azərbaycan Respublikasının Əməkdar artistidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.