AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Emin Bakıda ticarət mərkəzi və bulvar inşa etdirəcək

  • + A
  • - A
  • 31-08-2021, 08:58


    Bakıda “Sea Breeze” kurort qəsəbəsinin ərazisində ticarət mərkəzinin tikintisinə sentyabrda başlanılacaq. Obyektin 2022-ci ilin yayında açılması planlaşdırılır.

    Bu barədə TASS-a layihənin rəhbəri, “Crocus Group” şirkətinin birinci vitse-prezidenti, Xalq artisti Emin Ağalarov bildirib.

    “Biz ticarət mərkəzini sentyabrın 15-dən tikməyə başlayacağıq. Birinci fazanın ümumi sahəsi 43 min kv.m təşkil edəcək. Onu gələn yaya bitirməyi planlaşdırıram”, - Ağalarov deyib. Onun sözlərinə görə, layihənin ümumi sahəsi gələcəkdə 60 min kv.m-ə çatdırılacaq.

    Bundan başqa, “Sea Breeze”də piyada zonası, velosiped yolları, yaşıllıq və istirahət yerləri olan altı kilometrlik bulvarın salınması planlaşdırılır.

    Yaxın zamanlarda “Grand Hotel” və “Skyline” hotellərinin tikintisinə də başlanılacaq. Obyektlərin müvafiq olaraq 2023 və 2024-cü illərdə açılması planlaşdırılır.

    Həmin vaxtadək “Polo Residences” yaşayış kompleksinin 16 korpusunun tikintisi planlaşdırılır. Bundan əlavə, “Sea Breeze”də “Lighthouse” mənzil kompleksinin tikintisi aparılır: ikinci korpusun cari ildə, üçüncü və dördüncü korpusun isə müvafiq olaraq 2022 və 2023-cü illərdə tamamlanması planlaşdırılır. Dörd binanın ümumi sahəsi 60 min kv.m təşkil edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR