Azərbaycanın xalq artisti, Rusiyanın tanınmış müğənnisi və iş adamı Emin Ağalarov noyabr ayında Moskvada Türkiyə səfirliyinin yaxınlığında restoran açmaq qərarına gəlib.
AzadMedia.az-ın məlumatına görə, o restoran üçün 450 milyon rubl (təxm: 10 milyon AZN) sərmayə qoyub.
E.Ağalarov mövzu ilə bağlı belə açıqlama verib:
"Bu ilin noyabr ayında Moskvada ümumi sahəsi 1.6 min kvtmetr olan "Peach" restoranı və Divas karaoke klubu ilə bir layihə açacağıq. Yatırımlar 450 milyon rublu ötüb".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.