AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“YAŞAT”dan şəhid övladları üçün xüsusi layihə - Fotolar

  • + A
  • - A
  • 3-09-2021, 10:23






    “YAŞAT” Fondu şəhidlərimizin orta məktəbdə təhsil alan övladları üçün xüsusi layihəyə start verib.

    AzadMedia.az xəbər verir ki, layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar Fond tərəfindən bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılır.

    Hər bir hədiyyə qutusunda bir illik müddət üçün məktəbli ləvazimatları yer alıb.

    Respublika ərazisini əhatə edən layihə çərçivəsində 900-ə yaxın hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılacaq. 870 məktəblinin 494- ü oğlan, 376-sı isə qızdır.

    “YAŞAT” Fondu yeni tədris ilində bütün məktəblilərə uğurlar arzulayır.
    “YAŞAT”dan şəhid övladları üçün xüsusi layihə - Fotolar




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR