Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.
Azadmedia.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələrini xahiş olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.