AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əzizovların adından dələduzluq edən şəxsdən XƏBƏR VAR

  • + A
  • - A
  • 4-09-2021, 12:22


    Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun sürücüsü olmuş şəxs Əzizovların adından istifadə edərək vətəndaşların pullarını mənimsəyib.

    AzadMedia.az Kriminalqafqaz-a istinadən xəbər verir ki, Səbail, Yasamal, Nəsimi rayonları üzrə Tibbi-Sosial Ekspert Komissiyalarının baş müdiri olan Aydın Əzizovun keçmiş sürücüsü Həsən Zöhrəbəyov Əzizovlarla qohum olduğunu deyərək vətəndaş Gülnarə Vəliyevaya övladlarını işə düzəldəcəyi vədini verib. O, bunun qarşılığında G.Vəliyevadan 13350 manat pul alıb.

    H.Zöhrəbəyov G.Vəliyevanın qohumu Lalə İsmayılovanın oğlunu hərbi xidmətdən saxlatdırmaq vədi ilə isə sonuncudan 4 min manat alıb. Daha sonra Həsən Zöhrəbəyov yoxa çıxıb və xanımların zənglərinə cavab verməyib.

    Hadisə ilə bağlı zərərçəkənlərin şikayəti əsasında başlanan cinayət işinin istintaqı yekunlaşdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatına verilib. Gülnarə Vəliyeva və Lalə İsmayılova ilə yanaşı, Aydın Əzizov da iş üzrə zərərçəkən qismində tanınıb.

    Qeyd edək ki, Aydın Əzizov Bakıda 5 tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə baş müdiri vəzifəsini icra edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR