AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ali təhsildə nə baş verir?

  • + A
  • - A
  • 6-09-2021, 09:30

    Ali təhsildə nə baş verir?

    Etibar Əliyev,
    Milli Məclisin deputatı

    Cəmiyyətdə Pandemiyanın təhsil sisteminə təsiri barədə fikirlər birmənalı deyil. Konkret olaraq ali təhsildə nə baş verir? Pandemiya Ali məktəblər qarşısında eyni zamanda 3 problem yaratdı. Birincisi və ən əsası: Mövcud vəziyyəti nəzərə almaqla təhsil prosesini təşkil etmək və keyfiyyətli təhsil verməyə nail olmaq. İkincisi: Virtual məkanda işləmək bacarıqları olmayan müəllimlərə yardımçı olmaq, üçüncüsü çıxılmaz vəziyyətlə üzləşən tələbələrə dəstək durmaq. Distant təhsil ətrafında geniş imitasiyalar mövcuddur. Bu təhsil formasının ənənəvi təhsildən üstünlüyü varmı:
    -qabaqcıl təhsil texnologiyalardan istifadəyə imkanlar yaradır;
    -təhsilin fərdi xarakterini gücləndirir;
    -auditoriyalarda dərs demək imkanı olmayan böyük alimləri təhsil prosesinə cəlb edir;
    -məsləhətlərin verilməsinin çevik yollarını ehtiva edir;
    -təhsili geniş insan kütlələri üçün əlçatan edir.
    Mənfi tərəfləri:
    Təhsilalanla təhsilverənin birbaşa əlaqələri istisna olunur;
    İKT alətlərindən istifadədə qeyri-bərabərlik;
    Biliyin yoxlanılmasında identifikasiya problemləri;
    Təhsialanlara daim nəzarətin təşkil oluna bilməməsi.
    Bu fərqlər onu təlqin edir ki, bütün universitetlər və bütün tələbələrlə bağlı universal qərar qəbul etmək mümkün deyil. Bütün dünyada belədir. Tələbələrin distant təhsilin keyfiyyətinə verdiyi qiymət fərqlidir. Ali məktəblər prosesi fərqli şəkildə həyata keçirirlər. Bir sual yenə də aktualdır. Ali məktəblər distant təhsilə keçdikləri zaman təhsil haqlarına baxılmalıdırmı? Ali məktəblərin yeganə gəlir mənbəyi olan Təhsil haqlarının 83-85 faizi müəllimlərin əmək haqlarına sərf olunur. Bu o deməkdir ki, Ali məktəblər böyük xərc tələb edən Distant təhsil mərkəzlərinin yaradılması işində maliyyə çatışmazlıqları ilə üzbəüz qalırlar. Bir neçə ali məktəb istisna olmaqla Elektron kitabxanalar sistemli fəaliyyət göstərmirlər. Bu baxımdan təhsilin iki forması arasında keyfiyyət fərqləri yaranır. Distant təhsil süni əlaçıların sayını xeyli artırdı. Demək sui-istifadə halları xeyli çoxdur. İlk öncə Distant təhsil mədəniyyəti deyilən anlayışın çərçivəsində maarifçilik işlərinə böyük ehtiyac vardır. Təəssüflər olsun ki, televiziya və kütləvi informasiya vasitələrini belə mövzular maraqlandırmır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR