AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİM III qrup üzrə keçiriləcək imtahanlara dəyişiklik barədə səsləndirilən fikirlərə aydınlıq gətirdi

  • + A
  • - A
  • 11-09-2021, 13:26


    Xəbər verdiyimiz kimi Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasları növbəti ildən II qrupdan alınıb, III qrupa veriləcək. Bu qərar III ixtisas qrupunda riyaziyyatın yerinə coğrafiya fənnindən imtahan salınmasını gündəmə gətirib. Sosial şəbəkələrdə repititorluqla məşğul olan coğrafiya müəllimləri diskussiyalarda bu qərarın qaçılmaz olduğunu bildirir, yekdilliklə qərarın qüvvəyə minməsini dəstəkləyirlər.
    Növbəti ildə III ixtisas qrupunda imtahandan riyaziyyat fənninin çıxarılıb yerinə coğrafiyadan imtahan salınması xəbərinə DİM-dən rəsmi münasibət öyrəndik.
    DİM-in İctimayiyyətlə əlaqələr sektorunun rəhbəri Xanlar Xanlarzadə Azadmedia.az-ın sorğusuna cavab olaraq bildirdi ki, III qrupun imtahanlarından riyaziyyat fənninin cıxarılması müzakirə olunmur. Coğrafiya ilə bağlı məsələyə isə qarşıdakı müzakirələrdə ekspertler qərar verəcək.
    P.S. Övladı 10-cu sinifdə oxuyan və III qrupa hazırlaşan bir valideyn kimi III qrupda riyaziyyatın saxlanması ilə coğrafiya fənninin imtahana əlavə edilməsinə qarşıyam. Şagirdləri bu qədər yükləmək olmaz. Əgər riyaziyyat fənni saxlanılacaqsa, adıçəkilən ixtisaslara qəbul olan tələbələrə ali təhsil dövründə coğrafiya fənni lazımınca tədris olunar. Coğrafiya imtahana əlavə ediləcəksə, riyaziyyat çıxarılsın.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR