Pakistanın Pəncab vilayətində şiddətli yağışların səbəb olduğu təbii fəlakət və qəzalar nəticəsində ölənlərin sayı yeddiyə yüksəlib.
AzadMeedia.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar tavanların çökməsi və elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.
Bildirilib ki, ölənlərdən dördü uşaqdır. 30-dan çox insan isə yaralanıb.
Pəncapda elektrik enerjisinin verilişdə problemlər yaranıb, bəzi yerlərdə nəqliyyat dayanma nöqtəsinə çatıb. İctimai nəqliyyatın işi ləngiyib.
Vilayət üzrə axtarış-xilasetmə işləri davam edir.
Pakistanda sel üç uşağın ölümünə səbəb oldu, 30 yaralı
Qeyd edək ki, dünən Lahorda yağış səbəbindən bir evin tavanı çöküb, nəticədə, üç uşaq ölüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.