AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azərişıq"dan yeni fırıldaq növü - FOTOFAKT

  • + A
  • - A
  • 5-01-2017, 10:20

    "Azərişıq"dan yeni fırıldaq növü - FOTOFAKT


























    Tarif Şurasının qərarına əsasən, əhali üçün elektrik enerjisinin qiymətinin yanvarın 1-dən bahalaşması nəzərdə tutulsa da, reallıqda bahalaşmaya dekabrın 1-dən start verilib.

    Zaqatala rayon sakini Maqsud Xeyrulla işıqpulu ilə bağlı ona təqdim olunan bildirişi "Basta”ya təqdim edib.

    Yanvarın 4-də təqdim olunan bildirişdə aydın görünür ki, əvvəlki qəbz dekabrın 3-də gəlib. 31 gün ərzində ev sahibi 401 kvts enerji sərf edib. İşıq idarəsi bu sərfiyyatın 300 kvts-nı 27 günün payına yazaraq, bunun qiymətini 7 qəpikdən hesablayıb. Digər 101 kvts-ni isə 4 günün payına bölərək, bunu 11 qəpikdən hesablayıb.

    Dekabr ayı ərzində gündə orta hesabla 10 kvts sərf edən abunəçinin yanvarın birindən sonra gündə 25 kvts sərf etməsi bir başqa uyğunsuzluqdur.

    Amma burada daha böyük qanunsuzluq başqadır: Tarif Şurasının bahalaşma və güzəştli limit haqqında qərarı "əhali” kateqoriyası üçün yalnız 2017-ci ilin yanvarın 1-dən qüvvəyə mindiyi halda, konkret bu qəbzdən görünür ki, Zaqaqatala işıq idarəsi qanunu pozaraq, əhali üçün yeni qaydaları və 300 kvts-lıq güzəştli kvotanı dekabr ayından tədbiq edib.

    Bu bir səhvdirmi?

    Maqsud Xeyrulla bildirir ki, onun qonşuları da daxil olmaqla, Zaqatalada bütün abunəçilərin dekabr ayı üçün işıqpulu bu qayda ilə hesablanıb. Başqa sözlə, işıq idarəsi hər kəsin cibinə girib. Zaqatalada 130 minə yaxın əhalinin yaşadığını nəzərə alsaq, söhbətin 100 minlərlə ölçülən yeyintidən getdiyini deyə bilərik.

    Bununla bağlı sorğumuzu cavablandıran vəkil Nemət Kərimli bildirir ki, qanunla hər bir abunəçi yanvarın 1-də sonra sərf etdiyi elektrik enerjisinin ilk 300 kvts görə 7 qəpikdən, bundan artıq hissəsini isə 11 qəpikdən ödəməlidir. Vəkil qeyd etdi ki, işıqpulunun səhv hesablanmasına dair əlində bu cür sübut olan hər bir abunəçi, bununla bağlı məhkəməyə müraciət edə və ödədiyi artıq pulu geri almaqla yanaşı, mənəvi ziyana görə təzminat tələb edə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR