AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Terror təşkilatının rəhbəri həbsxanada ÖLDÜ

  • + A
  • - A
  • 12-09-2021, 10:40


    Peruda solçu radikal terrorçu təşkilatı olan "Sendero Luminoso"nun qurucusu Abimael Quzman 86 yaşında həbsxanada ölüb.

    AzadMedia.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin penitensiar xidmətinin mətbuat xidməti məlumat yayıb.

    Kallaoda Hərbi Dəniz Qüvvələrinin bazasının ərazisində yerləşən həbsxanada cəzasını çəkən məhkum Abimael Quzman səhhətində yaranan problemlər səbəbindən dünyasını dəyişib.

    Qeyd edək ki, Quzman 1992-ci ilin sentyabrında həbs edilib və ömürlük cəzaya məhkum edilib.

    1980-ci ildən bəri Perudakı "Sendero Luminoso" təşkilatının törətdiyi terror aktları nəticəsində 60 mindən çox insan ölüb. Ölkəyə vurulan maddi ziyanın təxminən 25 milyard dollar olduğu təxmin edilir. Quzmanın həbsindən sonra qrup nüfuzunu itirməyə başlayıb, lakin son illərdə ekstremistlər Peru ordusuna və hüquq-mühafizə orqanlarına hücumları davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR