“Türkiyə bütün gücü ilə hər zaman qardaş və dost ölkə olan Azərbaycanın arxasındadır.”
Bunu Azadmedia.az-a açıqlamasında, AK Partiya Balıkesir Millət vəkili Yavuz Subaşı deyib.
“Sentyabrın 27 -də başlayan İkinci Qarabağ savaşımızda mənəvi və siyasi dəstəyi ilə qardaş Türkiyə 44 gün hər zaman Azərbaycanın yanında olub. Zəfərimizin yazılmağa başladığı 1 ilin bitməsinə sayılı günlər qalıb. Xüsusilə Qarabağ müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağlarının daha da gücləndiyi hər istiqamətdə hiss olundu. Bu qardaşlıq bağlarının daha da sıxlaşdığı hər iki ölkənin insanları tərəfindən göz qabağındadır. Sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəmizdə, Azərbaycan hərbi və siyasi gücünü bütün dünyaya sübut etdi.”
- Zəfər tariximizin yazılmağa başladığı günün 1 ili münasibətilə fikirlərinizi almaq istərdik.
- İki ölkə arasında olan həm iqtisadi, həm ticari, həm də hərbi baxımdan baş verən hadisələr haqqında fikirlərinizi Türkiyə nöqteyi-nəzərindən öyrənə bilərikmi?
- Xüsusilə, bu mövzuda iki ölkənin son zamanlar siyasi mövqelərini dəyərləndirərdiniz.
Millət vəkilinin sözlərinə görə, “Azərbaycan Qarabağ Azadlıq Mübarizəsinin 1 -ci ilində..” 27 sentyabr 2020 - 27 sentyabr 2021 Tam bir il keçdi!
“Ermənistanın işğalı altında olan Qarabağın azad edilməsi üçün ilk addımlar 27 sentyabr 2020-ci ildə atıldı. Qarabağın uğrunda azadlıq mübarizəsi 27 sentyabr 2020-ci ildə başladı və 44 gün davam edən mübarizədən sonra 1992 -ci ildən bəri işğal altında olan Qarabağ 28 ildən sonra rəşadətli Azərbaycan ordusu tərəfindən işğaldan azad edilərək vətəni Can Azərbaycana, Ana Vətənə qovuşdu.”
O qeyd edib ki, Zəfərin 1-ci ilinin yaxınlaşdığı bu günlərdə, Türkiyənin Azərbaycana verdiyi dəstəklə iki ölkə arasındakı qardaşlıq əlaqələri daha da inkişaf etdi və iki böyük lider cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Erdoğanın səyləri ilə daha da inkişaf edəcək -
“Beləliklə, illər əvvəl, Azərbaycanın mərhum Prezidenti Ulu Öndər Heydər Əliyevin mənalı sözləri Qarabağ müharibəsi və Qələbə ilə xatırlandı və bir daha yaşandı - "Bir millət, iki dövlət!" Onun sözü Qarabağdakı qələbəmizlə pərçimləndi.”
Y.Subaşı bildirib ki, Türkiyə qeyd-şərtsiz dost və qardaş Azərbaycan dövlətinin və xalqının yanındadır -
“Təbii ki, Türkiyə Azərbaycan Cümhuriyyətini tanıyan ilk ölkə, Türkiyə isə Qarabağ Zəfərindən sonra Azərbaycana səfər edən ilk ölkə idi. Sözsüz ki, Türkiyə-Azərbaycan münasibətləri iki ölkə arasındakı iqtisadi-siyasi əlaqələr olmaqla yanaşı, həm də qardaşlıq xarakterində çoxölçülüdür. Əslində iki qardaş ölkə arasındakı əlaqələr qarşılıqlı razılaşmalar yolu ilə gündən-günə inkişaf edir. Şuşa Bəyannaməsi bunun bariz nümunəsidir.”
O həm də qeyd edib ki, Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Erdoğan, Qarabağ Zəfər paradına qatılaraq Can Azərbaycanın yanında olduğumuzu bütün dünyaya bir daha göstərmiş oldu -
“Məlum olduğu kimi, Türk SİHA'ları Qarabağ Zəfərində çox təsirli və həlledici rol oynadı. Türkiyə Qarabağın azadlıq mübarizəsində heç bir tərəddüd etmədən qardaş Azərbaycana nə lazımdırsa etdi. Əlbəttə ki növbəti addımlar, iki ölkə arasında iqtisadi-siyasi-ticarət-mədəni əlaqələri daha da inkişaf etdirmək olacaq. Heç şübhəsiz, hər iki ölkə həm liderləri, həm də vətəndaşları ilə bu əməkdaşlığa hazırdır.”
Millət vəkilinin sözlərinə görə, Prezident Rəcəb Tayyib Erdoğan BMT-nin 76-cı Baş Assambleyasındakı çıxışı ilə Azərbaycanın qanuni və ayrılmaz hüquqlarını cəsarətlə müdafiə etdi -
“Cənab Erdoğan, BMT-nin 76-cı Baş Assambleyasında Qarabağ-Naxçıvan torpaqlarının Azərbaycanın öz doğma torpaqları olduğunu və Azərbaycanın Ermənistanın işğalına qarşı öz vətən torpaqlarını müdafiə etdiyini bildirdi. Azərbaycan bizim dostumuzdur! Azərbaycan bizim qardaşımızdır!"
O bildirib ki, Türkiyə olaraq, qardaş Azərbaycanın ayağına daş dəyərsə, yıxılarsa, bizim canımız yanar. O səbəbdən, Azərbaycanın canını yandıranın da, heç düşünmədən canını yandırarıq. -
"Azərbaycan Türkiyədir! Türkiyə Azərbaycandır! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”