AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Hikmət Babaoğlu – “Azərbaycan Prezidenti böyük strateq və tarixi şəxsiyyət kimi bütün strateji incəlikləri dəqiq hesablayaraq düşmənə yüzilliklər boyu unutmayacağı dərs verdi” – Reportaj

  • + A
  • - A
  • 25-09-2021, 20:42


    “Azərbaycan Prezidenti böyük strateq və tarixi şəxsiyyət kimi bütün strateji incəlikləri dəqiq hesablayaraq torpaqlarımızı işğaldan azad etdi, düşmənə yüzilliklər boyu unutmayacağı dərs verdi”.

    Bunu Azadmedia.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Millət vəkili Hikmət Babaoğlu deyib.


    - Sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəmizdə Azərbaycan hərbi və siyasi gücünü bütün dünyaya sübut etdi. Zəfər tariximizin yazılmağa başladığı günün 1 ili münasibətilə nələri qeyd edərdiniz?

    Millət vəkilinin sözlərinə görə, Milli kimliyimizin yeni miladı, milli qürurumuzun yeni səhifəsi olan bu qələbə tarixi düşmənlərimizin məğlubiyyəti olmaqla, Azərbaycanı dövlət kimi tamamilə yeni bir inkişaf mərhələsinə qaldırmış oldu -

    “Sentyabr ayının 27-də tarixi zəfərlə başa çatan Vətən müharibəmizin başlanmasının bir ili tamam olacaq. İstər 44 gün davam edən müharibə dövründə, istərsə də ondan ötən müddət ərzində bir daha aydın oldu ki, biz sadəcə erməni faşizimi üzərində deyil bu mənfur faşizimi dəstəkləyən, ermənilərin işğalçılıq siyasətinə bəraət verən, uzun illər davam edən “status-kvonu” əbədi etmək istəyən çoxsaylı güc mərkəzləri üzərində də qələbə çalmışıq. İllər ötdükcə, biz əldə etdiyimiz zəfərin nə qədər böyük olduğunu daha çox dərk edəcəyik”.

    Millət vəkili eyni zamanda qeyd edib ki, Bu böyük qələbəni təmin edən, müharibə dövründə və ondan sonrakı “səssiz” müharibə mərhələsində bizə edilən bütün təzyiq və hədələrə qarşı duruş gətirə bilməmizin isə üç əsas səbəbi var –

    “Bunlar qətiyyətli və uzaqgörən Ali Baş Komandan, illərlə formalaşdırılmış və ən yüksək səviyyədə təhciz edilmiş milli ordu və öz böyük liderinə xalqın inamı və dəstəyi.
    Böyük tarixi zəfərimiz bax bu üç mühüm strateji amilin təmin edilməsi sayəsində baş tutub. Əlbətdə digər çoxsaylı strateji amilləri də bura əlavə etmək olar.
    Qeyd etmək lazımdır ki, 30 ilə yaxın müddət ərzində torpaqlarının 20 faizi işğal altında qalmışdı. Belə olan halda istəsək də, istəməsək də müharibənin olması labüd xarakter alırdı. Çünki mənfur düşmən olan işğalçı Ermənistan, işğal etdiyi torpaqları sülh yolu ilə qaytarmaq istəmirdi. Belə olduqda, müharibə qaçılmaz idi və Azərbaycan da buna bütün gücü ilə hazırlaşırdı. Sadəcə müharibənin nə vaxt və necə olması zərgər dəqiliyi ilə hesablanmalı idi. Bütün beynəlxalq, hərbi-siyasi və strateji şərtlər lehimizə təmin edilməli, düzgün qiymətləndirilməli idi. Əks təqdirdə, ikinci bir məğlubiyyətin yükünü qaldırmaq bəlkə də mümkün olmazdı".

    "Azərbaycan Prezidenti böyük strateq və tarixi şəxsiyyət kimi bütün bu strateji incəlikləri dəqiq hesablayaraq torpaqlarımızı işğaldan azad etdi, düşmənə yüzilliklər boyu unutmayacağı dərs verdi”.


    - Türkiyə-Azərbaycan iqtisadi əlaqələrində yeni yol xəritəsi artıq aydındır. Bu yaxınlarda, Türkiyə Prezidenti Ərdoğan BMT-də çıxışı zamanı - "Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoydu. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açıldı. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq”, - dedi.

    - İki ölkə arasında olan həm iqtisadi, həm ticari, həm də hərbi baxımdan baş verən hadisələr haqqında fikirlərinizi Azərbaycan nöqteyi-nəzərindən öyrənə bilərikmi?
    - Xüsusilə, bu mövzuda iki ölkənin son zamanlar siyasi mövqelərini qiymətləndirmənizi istərdik.


    H. Babaoğlu bildirib ki, Tarixi zəfərimizlə başa çatan 44 günlük müharibənin hər dəqiqəsində Azərbaycan qardaş Türkiyəni və onun dəstəyini yanında hiss etdi. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi son bir neçə əsrdə Cənubi Qafqazda və bütövlükdə, daha geniş regionda formalaşmış güclər balansını lehimizə dəyişdi -

    “Bunu biz yeni geostrateji reallıq adlandırırıq. Əslində isə, yeni reallıq həm də yeni tarixi mərhələnin başlanğıcı hesab edilə bilər.

    "Tarixi isə qətiyyətli və güclü liderlər yaradır".


    Biz adətən, qardaş ölkənin dəstəyindən danışanda onu mənəvi-siyasi dəstək kimi xarakterizə edirik. Amma eyni zamanda onu da bilirik ki, bu dəstək daha böyük daha strateji dəstək idi. Türkiyə Cümhuriyyətinin Prezidenti müharibə dövründə çox vacib anlarda çox strateji bəyanatlarla çıxış edir, Türkiyənin bütün gücü ilə Azərbaycanın yanında olduğunu bildirirdi. Bu Azərbaycanın əleyhinə müharibənin gedişinə müdaxilə etmək istəyənləri mümkün belə hərəkətlərdən çəkindirirdi. Diplomatik-siyasi və informasiya müharibəsində də qardaş ölkə bütün resursları ilə yanımızda oldu. Vaxt gələcək, qardaşlığımızın bu şanlı tarixindən daha geniş bəhs ediləcək, gələcək nəsillər bu strateji müttəfiqliyin necə böyük bir tarix yaratdığını daha aydın dərk edəcəklər”.


    Millət vəkili həm də qeyd edib ki, Hazırda, aktiv müharibə başa çatsa da, “səssiz müharibə” bütün gücü ilə davam etməkdədir. Bu savaşda yenə də qardaş Türkiyə yanımızdadır -

    “Elə bu günlərdə, Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın BMT-də çıxışı zamanı - "Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoydu. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açıldı. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq”, deməsi növbəti belə dəstəyin ifadəsi idi.
    Eyni zamanda, bu fikirlər güclü liderin regionumuzun gələcəyi ilə bağlı mühüm sülh çağırışı idi. Qafqazda davamlı sülhün bərqərar olunmasında Türkiyənin strateji rolunun bir daha vurğulanması idi.

    "Hazırda, regionumuzda və dünyada yaratdığımız yeni reallıqların dərk edilməsi, hətta daha çox həzm edilməsi prosesi gedir".


    Bu reallıqlar, təkcə hərbi-siyasi yaxud geostrateji reallıqlar deyil, həm də geoiqtisadi reallıqlardır. Yeni iqtisadi perespektivlər isə Türkiyə-Azərbaycan əməkdaşlığı və strateji müttəfiqliyi üçün çox böyük perespektivlər vəd edir”.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR