AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polad Həşimovun qızı ilk dərs günü atasının məzarını ziyarət etdi

  • + A
  • - A
  • 29-09-2021, 16:34



    Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova ilk dərs günündə atasının qəbrini ziyarət edib.

    Həmin anın görüntüləri sosial şəbəkədə paylaşılıb.

    Azərbaycan Tibb Universitetinin "Müalicə işi” fakültəsinə qəbul olan Aybəniz II Fəxri Xiyabanda atasının məzarını ziyarətə gedərkən ağ xalat geyinib.

    Xatırladaq ki, Polad Həşimovötən ilin iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə olarkən şəhid olub. Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən P. Həşimova ölümündən sonra “Milli Qəhrəman” adı verilib.
    Polad Həşimovun qızı ilk dərs günü atasının məzarını ziyarət etdi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR