AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəlilabadda Vətən müharibəsi şəhidləri yad edilib - Fotolar

  • + A
  • - A
  • 13-10-2021, 15:42


    Cəlilabadda Vətən müharibəsi şəhidləri yad edilib.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Oktyabrın 11-də Cəlilabad rayon Privolnoye kənd Kitabxana filialı və Mədəniyyət evinin əməkdaşları orta məktəb kollektivləri ilə birgə şəhidlərin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçiriblər.

    Anım tədbirində şəhidlərin məzarı ziyarət edilib, mərhumların ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub.







    Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhramanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq.

    Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq.

    Xalq tərəfindən qərinələr, əsrlər keçməyinə baxmayaraq əsla unudulmayan insanlardır şəhidlər.

    ALLAH bütün şəhidlərimizə rəhmət eləsin!



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR