AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid Tabor Komandiri, Kapitan Noçuyev Surxay Əbdül oğlunun əziz xatirəsinə..

  • + A
  • - A
  • 15-12-2020, 13:10




    Kapitan Noçuyev Surxay Əbdül oğlu, ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olundu..

    Vətən sevgisi sadəcə bir ifadə deyil. Tariximiz qəhrəmanlıq dastanları ilə doludur. Ömrünü vətənin birliyi və bütövlüyü naminə sərf edən şəhidlərimiz 30il boyunca torpaqlarımızın azadlığı uğrunda gedən və xüsusilə 44 günlük Şanlı Zəfər tarixi olan Vətən müharibəmizdə Ali Baş Komandanımızın rəhbrərliyi altında bizim üçün çox şeylər etdilər.

    Təbii ki, nə qədər ki dünya, həyat və insan var, keçirdiyimiz hər gün tarixə dönür. Lakin, tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Bəli, elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Məhz, belə günlərimizi unudulmaz edən qəhramanlarımız olan əziz şəhidlərimizdir. Əlbəttə ki, Uca Allahdan bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolumuzu pis və ya yaxşı şəkildə, müəyyən müddət sonra başa vururuq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır, ŞƏHİD olmaq.

    Ana vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən şərəfli zirvədir şəhidlik.

    Üzərindən qərinələr, əsrlər keçməyinə baxmayaraq əsla unudulmayan insanlardır şəhidlər. Bu bir həqiqətdir ki, tarix boyu inanan millətləri qələbədən qələbəyə səsləyən və bu amal uğrunda aparan səbəb də vətənə xidmət etmək və şəhid olmaq arzusu olmuşdur. Elə ən gözəl niyyətlə, canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazan igidlərdir şəhidlər. Məhz, xalqın kimliyini, mənliyini qoruyan, xalqının adını tarixin Zəfər zirvəsinə yazan insanlardır, Şəhidlər..

    Ölüm əslində yoxluq və heçlik deyil, zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir və tarixə dönür. Hansıki, bzim tarixə dönən Qarabağ Zəfər tariximiz kimi.

    Əslində, bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Onların yazdığı tarix əbədiyyətə işıqlı yol olur.. Elə Qarabağ Zəfər tariximiz kimi.. Ən müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər. Kapitan Noçuyev Surxay Əbdül oğlu kimi oğullarımız.. O ölümündən sonra

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olundu..

    Atası Noçuyev Əbdül bəyin xatirələrində də olduğu kimi
    , “Surxay bu dünyaya sanki şəhid olmaq – Azərbaycan xalqını tarixin ən parlaq zirvəsinə daşımaq və bu amal yolunda canından keçmək üçün dünyaya gələn igid oğullarımızdan idi.. Bəli Qəhrəmanlar ölmürlər. Hər kəsin bu həyata gəlişinin bir səbəbi, hər kəsə verilən ömür payının bir məramı var, sanki. Görünür, elə uşaqlıq illərindən hərbiyə yüksək səviyyədə sevgisi və istəyi olan və ona bəxş olunan ömür payını vətəninin torpaqlarının azadlığı uğrunda qurban verməyə hazır olan Surxayın da ömür payı Qarabağ Zəfərini yazmaq üçün bəxş olunubmuş.. Allah sənə rəhmət eləsin, kapitan Surxay Noçuyev..”

    Surxay, qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi ilə hər zaman yaşayırdı. Təbii ki, vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur, Surxay vətəninə sonuna qədər sadiq və bağlı olan belə oğullarımızdan idi..

    Lakin, bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Elə Noçuyev Surxay kimi... O adını Tarixin ən yüksək zirvəsinə Şəhidlik zirvəsinə layiqincə yazan oğullardan idi. O bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul idi.

    Əziz şəhidimiz, Tabor Komandiri Şəhid Kapitan Noçuyev Surxay Əbdül oğlunun həyat və fəaliyyətinə nəzər salaq..

    Gənc idi.. 32 yaşında..

    Şəhid Kapitan Noçuyev Surxay, 1988-ci il dekabr ayının 19-u Zəngilan rayonu Məmmədbəyli kəndində anadan olmuşdur. 1995-2002-ci illərdə Bakı şəhərində Xarici Dillər Təmayüllü Gimnaziyada 8 illik təhsil alıb. 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2005-2009-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb, leytenant rütbəli Zabit kimi hərbi fəaliyyətə başlayıb.

    Əziz Şəhidimizin hərbi fəaliyyəti də həyat yolu qədər təcəssümlü və möhtəşəmdir... ** Vətən müharibəsi dövründə vaxtından əvvəl mayor hərbi rütbəsi ilə təltif edilmişdir.

    Zabit kimi fəaliyyəti müddətində Tağım komandiri, Bölük komandiri, Qərargah rəisi və 29 yaşında Tabor komandiri vəzifəsinə təyin edilib. 2016-cı ildə aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-sində Vətən müharibəsi başlıyan gündən Surxay, ön cəbhədə döyüşlərdə olub. Döyüş müddətində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Şuşa uğrunda döyüşlərdə tabor komandiri kimi döyüşüb. Vətən müharibəsi dövründə vaxtından əvvəl mayor hərbi rütbəsi ilə

    təltif edilmişdir. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib və Şuşa şəhərində Vətən müharibəsinin sonuncu günündə qəhrəmancasına Şəhid olub. 12 noyabr 2020-ci il tarixdə 2-ci Fəxri Xiyabanda dəfn olunub.

    Xidmət fəaliyyəti dövründə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" Yubiley medalı və bir çox Fəxri Fərmanlarla təltif olunmuşdur.

    Ailəli idi, 5 yaşında Uğur adlı oğlu və üzünü görmədiyi 2 aylıq Fidan adlı qızı vardı. Biz inanırıq ki, üzünü görmədiyi Fidanı və 5 yaşlı Uğur adlı oğlu belə qəhrəman “Vətən Müharibəsi Qəhrəmanı” ataları olduğu üçün gələcəkdə böyük qürur hissi ilə onu yad edəcəklər..


    Elə bu gün, atası Əbdül bəyin böyük fəxarət hissi ilə qeyd etdiyi kimi “Mən fəxr edirəm ki, oğlum Noçuyev Surxay kimi qəhrəman şəhidin atasıyam və mən fəxr edirəm ki, 30 illik Qarabağ nisgilimizin tamamilə sona yetməsində hörmətli Ali Baş Komandanımız cənab İlham Əlyevin rəhbərliyində, övladım, gözümün nuru Vətən müharibəsi dövründə vaxtından əvvəl mayor hərbi rütbəsi ilə təltif edilmiş, qəhrəmanlıqla şəhid olmuş Noçuyev Surxay kimi oğulun atasıyam... Nə xoşbəxt bizlərə ki, biz bu şanlı Zəfər tarixini yazan oğulların valideyni və bu şanlı tarixin bir parçasıyıq.. Allah rəhmət eləsin bütün şəhidlərimizə...”

    Əziz şəhidimiz, Tabor Komandiri Şəhid Kapitan Noçuyev Surxay Əbdül oğluna və bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, şəhidlərimizin qarşısında baş əyirik...

    Əlbəttə ki, Şəhidlərimizi yad etmək, onların xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm kədərimiz, həm də qürur yerimiz, fəxrimizdir. Eyni zamanda, gənc nəslimizə qürur yerimiz olan şəhidlərimizi –qəhrəmanlarımızı tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın ən mühüm vəzifəsidir.

    Şəhidlərimiz ... Həmişə minnətdar olduğumuz və minlərlə insanları yalnız müəyyən hadisələr səbəbiylə məşhur olanları tanıdığımız hər zaman minnətdarlıqla xatırladıqlarımızdır.

    Əgər, bu gün biz, bu torpaqlarda rahat yaşayırıqsa, borclu olduğumuz şəhidlərimiz olmasaydı, güclü liderimiz, güclü Ali Baş Komandanımız olmasa idi, düşmənə qarşı qorxaq davranan bir millət olsa idik, əmin ola bilərsiniz ki, indi bir millət belə ola bilməzdik. Millətimizin yaşamasını və gələcək nəsillərə çatmasını təmin edən şəhidlərimiz, heç bir şey müqabilində bu fədakarlıqları etmədilər. Onlar, yalnız və yalnız Vətənə xidmət düşüncəsi ilə hərəkət etdilər. Onlara dəfələrlə öz minnətdarlığımızı bildiririk... Onları böyüdən valideynlərə də..

    Əslində, bəzi xalqların tarixləri araşdırıldıqda, şahidi oluruq, yüz illərdir əsirlikdə olduqlarını görürük və oxuyuruq. Bizim kimi millətlərə zidd olan bu vəziyyət çox maraqlıdır. Himayə altında olan, hər zaman düşmənin zəifləməsini və başqa bir güc tərəfindən qovulmasını gözləyən, yüz illər boyu onları əsir götürən ölkələrin olduğunu görmək çox üzücüdür, onlar adına. Sözsüz ki, insanların sonsuz məqsəd və hədəfləri ucbatından edilən müharibələri müdafiə etmirik, ancaq Ana vətən təhlükə altındadırsa və vətəni qorumaq lazımdırsa, yerin altına geri çəkilmək deyil, əlbəttə ki, üz-üzə vuruşmaq zamanıdır və bu həqiqətdir.

    Heydər Əliyev və İlham Əliyev kimi böyük şəxsiyyətləri dünyaya gətirmə qabiliyyətinə malik olan bu xalq hər zaman tam müstəqilliyə layiq görülmüşdür.

    Biz xalq olaraq, bu şərəfli yolu Ali Baş Komandanımız öndərliyində Noçuyev Surxay Əbdül oğlu və digər qəhrəmanlarımızın simasında gördük, yaşadıq və o Zəfər tarixini yüksək səviyyədə reallaşdırdıq, tarix səhifəsinə şanlı Qələbəmizi yazdıq... Minnəttarıq sizlərə..

    Bu, həm də şəhidlərimiz sayəsində baş verdi. demək olar ki, hamısını bilməsək də, şəxsən tanımasaq da ...

    Şəhid Kapitan, Tabor Komandiri Noçuyev Surxay Əbdül oğlunun əziz xatirəsinə..


    Politoloq Ülkər Piriyeva








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR