Türk ziyalıları Qərbin mükafatlı agentləridir.
Şüarları - Qeyri-hökumət təşkilatları
Demokratiya - İnsan Haqları - Qızılgül inqilabları - Kürəsəlləşmə - Feminizm - Açıq toplum...
“Bu fikri mən yazmadım. Alıntıdır.
Lakin mən bu fikirdən çox təsirlənərək bunları qeyd etmək istərdim” - Y. Qaraqoyunlu
Azadmedia.az-a özəl olaraq, AMEA-nın əməkdaşı Yasəmən Qaraqoyunlunun yazısını təqdim edirik.
Çox üzgünəm.. -
1. Türk ziyalılarının öz mədəniyyətindən, tarixindən, toplumundan axıb gələn özünəməxsus şüarları yoxdurmu? Türk Millətinin Dünya haqqında, beynəlxalq nizam haqqında, gələcək haqqında stratejisini ifadə edən siyasi ideoloji şüarları hanı?
2. Orta çağlarda Türklər Bizansa və Balkanlara, Afrikaya sufi təşkilatları, təkkə və təriqətlər vasitəsilə yayılırdılar. Bu ekspansionist görəvini üstlənən sufi təriqətlərə kolonizator türklər, kolonizator təriqətlər adı verilmişdi.
Osmanlı imperiyasını quran türklər də, bu sufi təriqətlər idi - Yəsəvilər, Əxilər, Bektaşilər, Bacuyani Rum təşkilatları kimi.. Bu barədə Seyid Hüseyn Nəsrin çox maraqlı araştırmaları var.
Ərəblər İslamı qılıncla, Türklər isə sevgi ilə, yumşaq güclə, barışla, təkkə və təriqətlə yayırdılar. Başında Türklərin durduğu İslam sivilizasiyasını qlobal gücə çevirən bu model, bu üsul idi.
3. İndi Avro-Atlantika dünyası bu orta çağ Türk-İslam modelini mənimsəyib bütün dünyada - Asiyada, Avropada qurduqları Qeyri-Hökümət təşkilatları, Media qurumları vasitəsilə ekspansionizm siyasəti yürüdürlər.
Lakin türklərdən fərqləri ondadır ki, Avropa ekspansionizm siyasətinin gerçəkləşməsində hədəfdə olan ölkənin öz içindən kadrolar seçərək istifadə edirlər.
Türklər, ərəblər, farslar, Misirlilər, Tunislilər, Suriyalılar, Afrikalılar öz ölkələrini Avro Atlantika imperializminin qurbanlarına bax belə çevirirlər. Öz ölkələrində Avropa Amerikadan aldıqları para qarşılığında Avro Atlantikanın dəyərlərini və strateji maraqlarını təmsil edərək, təbliğ edərək, yayaraq Avro Atlantikanın əsgərlərinə çevrilirlər.
Beləliklə, 300 ildir ki, Türk İslam dünyasının aydınları Avro Atlantik dünyanın əsgərliyini edirlər..
Soru: Bəs Türk aydını nə etməlidir?
Cavab: Öz Millətini qlobal super gücə çevirmək stratejisinə xidmət edən dəyərlər, şüarlar, paradiqmalar, ideologiyalar yaratmalıdır.
Belə ki - Gücü öz millətindən, öz mədəniyyətindən almalıdır. Öz toplumunu aydınlatmalıdır.
Qurtuluş Vaşinqtonda, Londonda, Parisdə deyil, İstanbulda, Konyada, Təbrizdə, Xokandda, Düşənbədə, Bakıda, Tehranda, Şuşada, Kaşğardadır..
Qurtuluş öz içindədir. Özünə dön..
Kim olursan ol, siyasi fəaliyyətində əsla müstəmləkəçi, işğalçı imperializmin və kürəsəlçilərin sözçüsü, yandaşı olma. Əsla, onların medya qurumlarının parlayan ulduzu olma, onların şüarlarını sloqanlarını söyləmə, onların stratejilərində oyunçu olma, onların məqsədlərinin gerçəkləşməsində alət olma. Onların planlarında yer alma. Yalnız öz Millətinin, öz Dövlətinin, Öz Mədəniyyətinin təmsilçisi və müdafiəçisi, qoruyucusu ol.
Öz Millətini qoru, Dövlətini, Ailəni, Dəyərlərini, İnancını qoru, bunlar səni “Mən” edən dəyərlərdir, Mənini qoru. Yalnız Ədaləti qoru!
Həm öz ölkəndə, həm dünyada ədaləti qoru!
Ədalətin, Haqqın yanında ol yetər..!
Ülkər Piriyeva