AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qardaş Türkiyədən 73 QHT Azərbaycana dəstək mesajı ünvanlayıb

  • + A
  • - A
  • 14-10-2020, 09:15

    Qardaş Türkiyədən 73 QHT Azərbaycana dəstək mesajı ünvanlayıb

    “Azərbaycan dövlətinə, prezidentinə, ordusuna və xalqına ürəkdən inanır və dəstək veririk”.

    APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin 73 Qeyri-Hökumət Təşkilatı (Anadolu Avrasya Gazi ve Şehit Aileleri Dayanışma ve Yardımlaşma Dərnəyi, Anayasa Mahkemesi Çalışanları, Dünya Çocuk ve Gençlik Dərnəyi, Türk Dünyası kadınları Dostluk ve Dayanışma Dərnəyi, Yörük Türkmen Vəqfi, Türk Aklı Düşünce Birliği, Türk Dünyası Yazarlar ve Sanatçılar Vəqfi, Türk Harekâtı Dərnəyi, Türk Ocakları və s.) Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə verdikləri dəstək mesajında belə bildirilib.

    Qeyd olunub ki, Azərbaycan tarixi torpaqları olan Qarabağ və ətraf ərazilərini işğaldan azad etmək üçün kifayət qədər hərbi qüdrəti, düzgün və ədalətli siyasəti var: “Tarixi hərb meydanlarında qurub, mədəniyyət sahələrində yaşadan türklər Qarabağı da geri almaq gücündədir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR