Serbiyanın paytaxtı Belqradda güləş 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın daha 2 yunan-Roma güləşçisi bu gün mübarizəyə başlayıb. 67 kq-da çıxış edən Həsrət Cəfərov debütdə meksikalı Dieqo Martinesi məğlub edib.
1/8 finalda rumıniyalı Vasile Dosoftei, növbəti mərhələdə isə qazaxıstanlı Sultan Assetuliyə qalib gələn idmançı yarımfinala yüksəlib.
72 kq-dakı Ülvi Qənizadə isə startda Qırğızıstan güləşçisi Ligilik Satimkul üzərində inamlı qələbə qazanıb. 1/8 finalda Hindistan təmsilçisi Vikaş Vikaşla gərgin qarşılaşmadan da qalib ayrılan idmançını 1/4 finalda macarıstanlı Atilla Toesmaqi ilə görüşüb. Qarşılaşma Ülvinin qələbəsi ilə bitib və o, yarımfinala yüksəlib.
Qeyd edək ki, 55 kq-da mübarizə aparan Nihad Quluzadə isə təsəlliverici görüşlərə qatılıb. Əvvəlcə özbəkistanlı İxtiyar Botirovu, ardınca isə ukraynalı Taras Krupskini mübarizədən kənarlaşdıran güləşçi bürünc medal uğrunda ABŞ təmsilçisi Teylor La Montla üz-üzə gələcək.
***
Türkiyə güləşçisi Kadir Kamaldan da güclü olan Həsrət dünya çempionatının finalına yüksəlib.
Ülvi Qənizadə Yekunda finalın bir addımlığında Rusiya güləşçisinə minimal fərqlə məğlub olub və ümidini bürünc medala bağlayıb.