AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yazgül Abdıyeva Türk Oftalmologiya Dərnəyinin 55-ci Milli Konqresində iştirak edib

  • + A
  • - A
  • 5-11-2021, 10:17



    3-7 noyabr tarixlərini əhatə edən Türk Oftalmologiya Dərnəyinin 55-ci Milli Konqresi davam edir.

    Konqresin keçirilməsi mütəxəssislərin bir araya yığışmasında, təcrübə mübadiləsində mühim rol oynayır. Konqresdə yeni oftalmoloji nailiyyətlər, aktual oftalmoloji mövzular və biliklər əldə edilir. Konfransda dünyanın bir çox yerindən eyni zamanda Azərbaycandan 50 nəfərdən çox oftalmoloq və alimlər iştirak edir.

    AzadMedia.az xəbər verir ki, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri prof. Elmar Qasımov adından AOC-un sədr müavini Yazgül Abdıyeva tərəfindən Türk Oftalmologiya Dərnəyinin Genel Başkanı Prof. Dr. İzzet Cana 55-ci Milli Konqresin keçirilməsi münasibətilə təbrik məktubu təqdim edilib.

    Həmçinin, Konqresdə Türk Oftalmoloji Dərnəyinin Onursal Başkanı Sunay Duman, TCOD Genel Başkanı Prof.Dr. Öner Gelişken, Prof. Dr. Süleyman Kaynak və digər hocalarla görüş həyata keçirlilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR