AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TADEF Başqanı Ədalət Turan - "Azərbaycanın Qarabağda qazandığı Şanlı Zəfər eyni zamanda, Türkiyənin və bütün türk dünyasının Zəfəridir" - Özəl

  • + A
  • - A
  • 10-11-2021, 01:05


    "Qarabağda qazanılan Şanlı Zəfər təkcə Azərbaycanın deyil, eyni zamanda, Türkiyənin və bütün türk dünyasının Zəfəridir."
    Bu fikirləri Azadmedia.az-a müsahibəsində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) Başqanı Ədalət Turan bildirib.

    Qarabağın türk dünyasının şərəfi olduğunu vurğulayan Turan, "Zəfər hər zaman gözəldir. Qarabağın işğaldan azad edilməsində əldə etdiyimiz uğur və zəfərdə Türkiyənin dəstəyi çox əhəmiyyətli idi. Prezident Rəcəb Tayyib Ərdoğanın, "Türkiyənin gücü Azərbaycanın gücüdür" sözü ilə O, bir millət, tək dövlət ifadəsini daha da gücləndirmiş oldu”, - dedi.

    Azərbaycanın Qarabağ müharibəsində döyüşərkən beynəlxalq hüququn tələblərini də yerinə yetirdiyini qeyd edən TADEF Başqanı Azərbaycan dövlətinin öz haqlı yolundan əl çəkmədiyini və Qarabağı işğaldan azad etdiyini bildirib.

    “Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi.

    Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanı cənab ilham Əliyevin rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Əlbəttəki, bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdi. Sözsüz ki, bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və haqlı olduğunu sübut yetirdi."

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR