AzadMedia.az-ın veridyi məlumata görə, Milli Məclisin Deputatı Məşhur Məmmədov, Nevşehir Bələdiyyə Başqanı Rasim Arıya Təşəkkür məktubu ünvanlayıb.
Türkiyə Cumhuriyyəti prezidenti başda Rəcəb Tayyip Ərdoğan olmaqla, qardaş Türkiyə bütün dünyaya Qarabağ məsələsi ilə bağlı çox açıq və dəqiq mövqe nümayiş etdirərək, Türkiyənin hər zaman Azərbaycan dövlətinin yanında olduğunu, haqqa və ədalətə dayalı davasında yalnız olmadığını dəfələrlə nümayiş etdirdi. Türkiyənin əlaqədar dövlət qurumları başda olamaqla, bələdiyyə başqanları, millət vəkilləri, qeyri hökumət təşkilatları təmsilçiləri bu məsələ ilə bağlı Azərbaycana mənəvi dəstək mesajları ünvanlamaqla bərabər, dünya ictimaiyyətini işğalçı Ermənistanın beynəlxalq hüquqa zidd təxribat və terror aktlarını qınamağa çağırdı. Qarabağa gedən qələbə addımlarımızda Türkiyə dövləti də mənəvi olaraq, bizimlə bərabər irəlilədi və irəliləməyə davam edir. Qarabağın namına onlarca küçələrə, körpülərə Qarabağ adı verildi, qardaş Türkiyədə.
Bu gözəl və təqdirəlayiq addımlardan biri də, Türkiyənin Nevşehir bölgəsindən gəldi. “Nevşehir Bələdiyyəsi” qovşaqlarından birinə “Qarabağ” adını verib və eyni zamanda, bələdiyyə başqanı hörmətli Rasim Arı bütün Nevşehirlilərə Qarabağa- Azərbaycan xalqına dəstək məqsədilə, Azərbaycanın Üç rəngli bayrağını hədiyyə edib.
Bu münasibət ilə, Milli Məclisin Deputatı Məşhur Məmmədov, Nevşehir Bələdiyyə Başqanı Rasim Arıya Təşəkkür məktubu ünvanlayıb.
Məktubu sizlərə təqdim edirik.
Xəbər –Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.