AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lukaşenko Putindən patrul xidməti köməyi istəyib

  • + A
  • - A
  • 12-11-2021, 08:04


    Belarus Prezidenti Aleksandr Lukaşenko eyni zamanda İttifaq dövlətinin sərhədi olan Polşa-Belarus sərhədində birgə keşik çəkmək üçün Rusiyadan kömək istədiyini açıqlayıb.

    AzadMedia.az lenta.ru-ya istinadən xəbər verir ki, Lukaşenko Rusiya prezidenti Vladimir Putin vasitəsilə Rusiya Müdafiə Nazirliyinə sorğu göndərib.

    “Onlar (Rusiya ordusu – red.) bizim qırıcılarımızın müşayiəti ilə bura strateji bombardmançı təyyarələr göndərdilər. Biz sərhəddəki vəziyyəti daim nəzarətdə saxlamalıyıq. Qoy yazsınlar, qışqırsınlar. Bəli, bunlar nüvə silahı daşıya bilən bombardmançılardır”, - deyə Lukaşenko bildirib.

    Rusiya bombardmançı təyyarələri Belarusun Ukrayna, Polşa və Baltikyanı ölkələrlə sərhədində Qomeldən Postava qədər yarımdairə çəkərək patrul edəcək. Lukaşenkonun sözlərinə görə, bütün sərhəd boyu “vəziyyət ciddidir”.

    Belarus prezidenti silahlı qüvvələrin ölkənin qərb sərhədinə birləşdirilməsindən narahatdır. O, sərhədçilərə və Dövlət Təhlükəsizlik Komitəsinə Polşada və bütün Şimali Atlantika Alyansında qoşunların hərəkətinə nəzarəti təmin etməyi tapşırıb. "Görürsünüz ki, artıq 15 min hərbi qulluqçu (Polşa hərbçiləri Belarusla sərhəddə - red.), tanklar, zirehli maşınlar, helikopterlər təyyarələrlə uçurdu”, - deyə Lukaşenka nazirlər şurasında qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR