ABŞ gəmiqayırma zavodlarının və sualtı qayıqların tikintisi üçün 76,6 milyard dollar ayıracaq

ABŞ gəmiqayırma zavodlarının modernləşdirilməsi və sualtı qayıqların tikintisi üçün 76,6 milyard dollar ayıracaq
ABŞ hökuməti gəmiqayırma zavodlarının modernləşdirilməsi, eləcə də Virginia sinifli nüvə hücum sualtı qayıqları və Columbia sinifli ballistik raket daşıyan sualtı qayıqların inşası üçün təxminən 76,6 milyard ABŞ dolları vəsait ayıracaq.
Məlumata görə, bu maliyyələşdirmə ölkənin hərbi gəmiqayırma sənayesinin gücləndirilməsinə və strateji dəniz qüvvələrinin inkişafına xidmət edəcək.
ABŞ Konqresinin üzvü Co Kortni bildirib ki, bu müqavilələr sənaye bazasının inkişafına ciddi təkan verəcək.
“Bu müqavilələr bütün sənaye bazasında artımı stimullaşdıran əsas hərəkətverici qüvvə olacaq”, – deyə Co Kortni vurğulayıb.
Qeyd edək ki, yeni investisiyaların ABŞ-ın hərbi-dəniz qüvvələrinin imkanlarını artırmaqla yanaşı, müdafiə sənayesində istehsal gücünün və məşğulluğun genişlənməsinə də töhfə verəcəyi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.