Yaponiya “müharibənin yeni formalarına” hazırlaşır

Yaponiya Ukrayna müharibəsi və Yaxın Şərqdəki hərbi əməliyyatlar zamanı böyük əhəmiyyət qazanan pilotsuz silah sistemlərinin inkişafını sürətləndirməyi planlaşdırır.
Məlumata görə, Yaponiya Hərbi Dəniz Qüvvələri artıq avqust ayında dörd fərqli istehsalçının hazırladığı döyüş pilotsuz uçuş aparatlarını (PUA) sınaqdan keçirəcək.
Planlaşdırılır ki, bu dronlar uzaqmənzilli qanadlı raketlərlə birlikdə ölkənin sahil müdafiəsinə cavabdeh olan hərbi bölmələrin silahlanmasına daxil edilsin.
Yaponiya hökuməti bildirib ki, ölkə “müharibənin yeni formalarına” hazır olmalı və müdafiə imkanlarını müasir təhdidlərə uyğun şəkildə gücləndirməlidir.
Bundan əlavə, yerli pilotsuz sistemlərin inkişafı Yaponiyanın bu sahədə Çin istehsalı komponentlərdən asılılığını azaltmağa və müdafiə sənayesində texnoloji müstəqilliyi artırmağa xidmət edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.