AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda jurnalist Molud Armandpur 220 gündən çoxdur məhkəmə qərarı olmadan həbsdə saxlanılır

  • + A
  • - A
  • Bu gün, 09:47

    İranda jurnalist Molud Armandpur 220 gündən çoxdur məhkəmə qərarı olmadan həbsdə saxlanılır


    HRANA-nın əldə etdiyi məlumata əsasən, Molud Armandpur artıq 220 gündən çoxdur həbsdədir və hazırda Urmiya həbsxanasında saxlanılır. O, daha əvvəl Urmiya şəhər Prokurorluğunun İctimai və İnqilab Prokurorluğunun İstintaq İdarəsinin 6-cı şöbəsində “düşmən dövlətin xeyrinə casusluq” ittihamı ilə rəsmi şəkildə təqsirləndirilib. Təxminən bir həftə əvvəl ittiham aktı təsdiqləndikdən sonra onun işi hakim Dustinin sədrliyi ilə fəaliyyət göstərən Urmiya İnqilab Məhkəməsinin 1-ci şöbəsinə göndərilib.

    Molud Əfənd (Armandpur) 2025-ci ilin noyabr-dekabr aylarında saxlanılaraq Urmiyada SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıb. Dindirmələrdən sonra o, 2026-cı ilin fevralında Tehrana köçürülüb. 3 mart 2026-cı ildə isə Kəşfiyyat Nazirliyinin saxlanma mərkəzindən Böyük Tehran Həbsxanasına transfer edilib.

    Siyasi məhbus 2026-cı ilin iyun ayınadək Böyük Tehran Həbsxanasında saxlanılıb, daha sonra isə Urmiya həbsxanasına köçürülüb və hazırda da orada qalır.

    Ailənin vəziyyətindən xəbərdar olan mənbə HRANA-ya bildirib ki, Armandpur 2012-ci ildə də İraq Kürdüstan Regionunda itkin düşmüşdü. Daha sonra İrana gətirilərək 2015-ci ilin payızına qədər Evin həbsxanasında məhkəməsiz və hökm çıxarılmadan saxlanılmışdı. Həmin müddətin təxminən bir il yarımını təkadamlıq kamerada keçirmişdi. Uzun müddət onun taleyi barədə heç bir məlumat olmadığından ailəsi onun həyatını itirdiyini düşünürdü. Nəticədə o, 2015-ci ilin payızında barəsində heç bir hökm çıxarılmadan azadlığa buraxılmışdı.

    Sonuncu həbslərindən əvvəl Molud Armandpur İraq Kürdüstan Regionunda jurnalist və bir nəşrin baş redaktoru kimi fəaliyyət göstərirdi. O, bir neçə il əvvəl rəsmi olaraq əvvəlki soyadı olan "Əfənd"i "Armandpur" soyadı ilə əvəz edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR