AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Son 24 saatda Hörmüz boğazından azı 10 ticarət gəmisi keçib

  • + A
  • - A
  • Bu gün, 09:20

    Son 24 saatda Hörmüz boğazından azı 10 ticarət gəmisi keçib


    Son 24 saat ərzində Hörmüz boğazından azı 10 ticarət gəmisi keçib, daha 19 kommersiya gəmisi isə Bab əl-Məndəb boğazını keçərək marşrutunu davam etdirib.

    CNN-in gəmi izləmə platforması MarineTraffic-in məlumatlarına istinadən yaydığı xəbərə görə, son 24 saatda Hörmüz boğazından ən azı 10 kommersiya gəmisinin keçidi qeydə alınıb.

    Məlumata əsasən, yük gəmilərindən yeddisi Fars körfəzinə, üçü isə Oman körfəzinə istiqamət alıb. Bundan başqa, son sutka ərzində ən azı 19 ticarət gəmisinin Bab əl-Məndəb boğazından keçdiyi bildirilib.

    Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran və Omanın Hörmüz boğazı üzərindən keçən yeni marşrutun coğrafi koordinatlarını razılaşdırdıqlarını açıqlamışdı.

    Xatırladaq ki, ABŞ Prezidenti Donald Trump bir gün əvvəl bəyan etmişdi ki, Tehran yaxın vaxtlarda Hörmüz boğazını açmasa, ABŞ hərbçiləri İrana qarşı genişmiqyaslı zərbə endirməyə hazırdır. Eyni zamanda, Yəməndəki husilərin Səudiyyə Ərəbistanının limanlarına dəniz blokadası elan etməsi fonunda Bab əl-Məndəb boğazında da gərginlik davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR