AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclis sədrinin müavini Adil Əliyev: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təltif olunması Qələbəmizin böyüklüyünü bir daha təcəssüm etdirir”

  • + A
  • - A
  • 15-11-2021, 17:31

    Milli Məclis sədrinin müavini Adil Əliyev: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təltif olunması Qələbəmizin böyüklüyünü bir daha təcəssüm etdirir”

    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirildi. Görüşdə Qarabağın işğaldan azad edilməsi və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə təltif olunan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edildi.
    Növbəti digər mühüm məsələ isə öz növbəsində türk dövlətlərini vahid çətir altında birləşdirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adını dəyişərək Türk Dövlətləri Təşkilatı adlanması Təşkilatın funksiyasının genişlənməsinə, daha sistemli və dinamik işin aparılmasına fokuslanmış bir addımdır. Bu gün türk dövlətləri öz qüdrətli dövrlərini yaşayırlar. Məhz belə bir tarixi şəraitdə üzvlərin bir-biri ilə sıx əlaqələr qurması, qurulmuş əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında olan tarixi dostluq, qardaşlıq prinsiplərinin daha da möhkəmlənməsi, həm dövlətlərimizin, həm də regionun maraqlarına geniş şəkildə xidmət edir.
    Hazırda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin sayı 7-yə çatıb, bu da o deməkdir ki, Təşkilata qarşı böyük maraq var, aparılan sistemli və dinamik iş, əldə edilmiş uğurlar, eyni etnik kimliyə məxsus olan xalqların vahid təşkilat ətrafında birləşməsi prosesini olduqca sürətləndirir. Xüsusilə vurğulamaq lazımdır ki, bu təşkilatda təmsil olunan dövlətlərin regionda və dünyada söz sahibi olması təşkilatın sıralarının genişlənməsi ilə şərtləndi.
    Bir mühüm məqam da ondan ibarətdir ki, Türkmənistan artıq təşkilata müşahidəçi qismində qoşulmuş, daha əvvəl isə ölkəmizdə təşkil edilmiş Bakı Zirvə Görüşündə Özbəkistan Şuraya üzv olmuşdur.
    Bu gün təşkilatın üzvlərinin sayı 7-dir, hansı ki, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə Naxçıvan Sazişini dörd lider imzalamışdır. Deməli, təşkilat genişlənir və üzv olmaq istəyən ölkələrin sayı artır.
    Təkcə bir məqamı qeyd etmək yerinə düşər ki, təşkilatın fəal üzvlərindən biri olan Azərbaycanın Vətən müharibəsi zamanı 44 gün ərzində 30 il düşmən işğalı altında qalmış əzəli və əbədi torpaqlarını işğaldan azad edərək, ərazi bütövlüyünü bərpa etməsi ölkəmizin gücünün, qüdrətinin əyani təcəssümü idi. Xüsusilə vurğulamaq lazımdır ki, bu illər ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilərkən dərhal icra olunması nəzərdə tutulmuş qətnamələrin icra edilməməsi və nəticədə humanitar hüququn tələblərinin kobud şəkildə pozulmasına baxmayaraq, Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmədi. Düşmənin bu cür məsuliyyətsiz davranışının qarşısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan ordusu tərəfindən alındı və döyüş meydanında düşmənə sarsıdıcı zərbə vuruldu. Qazandığımız tarixi Qələbə, təkcə ölkəmizin deyil, eləcə də türk dünyasının, ölkəmizi sevənlərin qələbəsi idi.
    Təşkilata daxil olan və dünyada çox böyük nüfuza sahib olan qardaş Türkiyənin Vətən müharibəsi başladığı ilk gündən ölkəmizə göstərdiyi mənəvi dəstək, eləcə də, diplomatik müstəvidə göstərmiş olduğu siyasi dəstək hər bir azərbaycanlı tərəfindən böyük rəğbətlə qarşılandı. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın: “Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” deməsi ölkəmizə əlavə güc verdi.
    Eləcə də, tarixi torpaqlarımız düşmən işğalından azad edildikdən sonra, ərazilərimizin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir. Bu baxımdan regionda söz sahibi olan dövlətlərin bir çətir altında toplanması gücümüzə əlavə güc qatacaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR