AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlkin Həsənlinin pullu tərifi fiaskoya uğradı

  • + A
  • - A
  • Bu gün, 11:37

    İlkin Həsənlinin pullu tərifi fiaskoya uğradı

    Son günlər sosial mediada geniş müzakirələrə səbəb olan videolardan biri İlkin Həsənlinin “Heydər Əliyev Beynəlxalq Aeroportu”nda tətbiq olunan yeni taksi qaydaları ilə bağlı çəkdiyi təbliğat xarakterli paylaşımdır. Videoda o, bu sistemin guya “müasir və səmərəli” olduğunu nümayiş etdirməyə çalışır. Lakin izləyicilər bunun sifarişli — yəni pulla çəkilmiş reklam videosu olduğunu dərhal hiss ediblər.

    Əslində hamı yaxşı bilir ki, hava limanında taksi xidmətinin süni şəkildə bahalaşdırılması, digər taksilərin ordan sifariş qəbul etməsinə icazə verilməməsi və ən əsası, sərnişinlərə seçim haqqının tanınmaması təkcə ədalətsiz deyil, həm də insan hüquqlarına zidd bir qərardır. Belə bir şəraitdə “azad seçim hüququ” formal xarakter daşıyır və vətəndaş faktiki olaraq məcburi şəkildə bahalı xidmətə yönləndirilir.

    İlkin Həsənlinin isə bu qərarı tərifləməsi, üstəlik bunu “cəlbedici və müasir xidmət” kimi təqdim etməsi izləyicilərin gözündə onun imicinə ciddi zərbə vurdu. Sosial şəbəkələrdə paylaşılan şərhlərin əksəriyyəti tənqidi məzmun daşıyır — insanlar açıq şəkildə bildirirlər ki, İlkinin bu mövqeyi onları məyus edib.

    Bu hadisə bir daha göstərdi ki, sosial mediada izləyici etimadı hər şeydən önəmlidir. Pulu olan istənilən qurum reklam sifariş edə bilər, amma etibar bir dəfə itirildimi, onu qaytarmaq çətindir.

    İnsanlar ondan səmimi tənqid gözləyərkən, o, əksinə, ədalətsiz qərarı müdafiə edən bir simaya çevrildi.

    Etiraf etmək lazımdır ki, sosial media şəraitində hər kəsin “satılmadığına” inanmaq çətindir. Ancaq bəziləri üçün prinsiplər hələ də puldan dəyərlidir. Məsələn, müəllifin dediyi kimi, ona dəfələrlə banklar və mərc oyunları şirkətləri tərəfindən pullu paylaşım təklif edilsə də, o, bunu qəbul etməyib. “Vaxtilə tənqid etdiyim sistemi necə reklam edə bilərəm?” — bu sual bir çox “influencer”lər üçün əslində əsas prinsip olmalıdır.

    Sonda bir reallığı vurğulamaq yerinə düşər: izləyicinin etimadı heç bir maddi təkliflə əvəzlənmir. İlkinin reklamı bəlkə də bir dəfəlik qazanc gətirib, amma etimad itkisi uzunmüddətli zərbədir.
    Qeyd: Məqalədə ictimai fəal Haldun Novruzzadənin fb statusundan istifadə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR