AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AMEA-nın əməkdaşı Yasəmən Qaraqoyunlu: “Türk tezisinə qarşı Türkdən antitezis düzəltməsinlər“ - Özəl

  • + A
  • - A
  • 24-11-2021, 18:30



    Azadmedia.az-a özəl olaraq, AMEA-nın əməkdaşı Yasəmən Qaraqoyunlu: “Türk tezisinə qarşı Türkdən antitezis düzəltməsinlər“


    Türkiyə yüksəldikcə, Türkiyə Azərbaycan birliyi gücləndikcə, Türkiyə-Azərbaycan-Türküstan birliyi qurulduqca biriləri çıxıb ortalıqda Səfəvi-Qızılbaş məsələlərini diriltməklə məşğuldur. Məlum, Səfəvi-Qızılbaş məsələlərinin arxasından Şah İsmayıl- Sultan Səlim, Şiə-Sünni söhbətləri qızışacaqdır. Türkiyə ilə Türküstan arasında, sadəcə Ermənistan deyil, həm də yenidən Şiə-Sünni divarları tikmək istəyən güclər vardır. Bu zehniyyəti dirçəltmək istəyən güclərin çalışdığını görürük.

    Çox diqqətli olmalıyıq. Heç bir güc, heç bir siyasət, ideologiya, din, məzhəb Türkiyə-Azərbaycan birliyini pozmamalıdır.

    Heç bir kral, heç bir təkkə, heç bir şeyx, heç bir fəlsəfə, ideologiya, Atlantikçilik, Avropaçılıq, Avrasiyaçılıq, İrançılıq, İslamçılıq, Sağçılıq, Solçuluq... çoxlu izmlər, ideyalar, görüşlər, Oğuz birliyindən üstün deyildir.


    Hətta nə Səfəvi, nə də Osmanlı dövlətlərinin tarixi gələcək Türk birliyindən, Türkiyə-Azərbaycan Türküstan birliyindən üstün deyildir. Gələcəyə baxmalıyıq.

    Türkistan-Azərbaycan-Türkiyə birliyinə əsaslanan yenidən yapılanma və yenidən dirçəlmə projelərinə sıx sarılmalıyıq.

    Bir millət bir dövlət stratejisi Səfəvi- Osmanlı stratejilərindən daha üstündür.


    Buraxın, Səfəvi-Osmanlı mövzuları tarixdə qalsın. Bu dövlətlərin ikisi də bizimdir. Bu dövlətlərin varisi olaraq bu dövləti quran millətin birliyinə çalışmalıyıq.

    Bir dövlət, bir millət qurmağa hədəflənməliyik.

    Türk birliyi tezisinə qarşı antitezislər qurmağa çalışacaqlar. Çalışırlar.
    Heç bir halda İmkan verməməliyik ki, Türk birliyi tezisinə qarşı antitezis Türk dünyasının öz içində qurulsun.
    Antitezis Türk dünyasının sərhədlərindən kənarda qurulmalıdır.

    Türkə türkdən antitezis düzəltməsinlər.


    Diqqət edəlim...

    P.S. Səfəvi-Qızılbaş mövzularında biz də yazırıq, amma ayırıcı yox, birləştirici platformadan baxaraq yazırıq. Ayırıcı ünsürlərdən çox birləşdirici ünsürlər daha çoxdur. Osmanlı dövlətini quranlar Azərbaycan türkləri, Səfəvi Qızılbaş dövlətini quranlar isə Anadolu türkləridir. Faruq Sumerin kitablarını oxumaq yetərlidir. Həm Azərbaycan Türkü, Türkiyə türkü deyilən bir ayrıcalıq da yoxdur. Hər İki dövləti də Türk Milləti qurmuşdur. Türk Milləti birdir. Bütün Türk çayları Turan dənizinə axır!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR