Rusiya Monqolustana aviasiya texnikaları yerləşdirməyi və bu ölkədə hərbi aerodrom infrastrukturunu modernləşdirməyi planlaşdırır.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşündə deyib.
Belə ki, Qərargah rəisi bildirib ki, Rusiya Monqolustan silahlı qüvvələrinin inkşafı üçün addımlar atmaqda davam edir.
Bundan əlavə, V.Gerasimov Ulan-Batorda Monqolustanın hərbi-siyasi rəhbərliyi ilə görüşündən sonra Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux tərəfindən Qırmızı Döyüş Bayrağı ordeni ilə təltif edilib.
“Beynəlxalq əməkdaşlığa verdiyiniz töhfəyə görə təşəkkür edirəm”, – Monqolustan Prezidenti Gerasimova təşəkkür edib.
Qeyd edək ki, V.Gerasimov Monqolustanda səfərdədir.