AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moskvada Rusiya və Ermənistanın Baş Qərargah rəislərinin görüşü baş tutdu

  • + A
  • - A
  • 30-04-2021, 21:00

    AzadMedia.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Moskvada Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyanla görüşüb.

    Belə ki, bu barədə «Sputnik Armeniya» məlumat yayıb.

    Danışıqlar nümayəndə heyətləri səviyyəsində baş tutub. Görüşdə hərbi sahədə Rusiya-Ermənistan əməkdaşlığı daxil olmaqla, bir sıra məsələlər müzakirə olunub.

    Qeyd edək ki, bu, Rusiya və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəislərinin aprel ayı ərzində ikinci görüşüdür. Onlar aprelin 14-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi komitəsinin iclasında da bir araya gəliblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR