AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Avroviziya-2022”nin ilk iştirakçı ölkəsi mahnısını təqdim etdi - Video

  • + A
  • - A
  • 7-12-2021, 17:35


    “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin ilk iştirakçı ölkəsi bəlli olub.

    “Qafqazinfo” xəbər verir ki, söhbət Bolqarıstandan gedir. Ölkə təmsilçisi Intelligent Music Project rok qrupu olacaq. Qrup müsabiqədə “Intention” mahnısı ilə çıxış edəcək.

    Qeyd edək ki, “Avroviziya-2022” 10-14 may tarixlərində İtaliyanın Turin şəhərində keçiriləcək. Müsabiqədə 41 ölkə iştirak edəcək. Bu, 1965 və 1991-ci illərdən sonra İtaliyada keçiriləcək üçüncü “Avroviziya” müsabiqəsi olacaq.

    Azərbaycan müsabiqədə iştirak edəcəyini təsdiqləsə də, təmsilçimiz hələlik açıqlanmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR