AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Çempionumuz” layihəsi çərçivəsində idmançılarla görüş keçirilib - FOTO

  • + A
  • - A
  • 11-12-2021, 11:50



    Masallıda idmançılarla görüş təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 10 dekabr 2021-ci il tarixdə Masallı şəhər 3 saylı tam orta məktəbində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin “Çempionumuz” adlı birgə sosial idman layihəsi çərçivəsində Masallı rayonunda Taekvando İdman növü üzrə 4 qat Azərbaycan çempionu Beynəlxalq turnirlərin iştrakçısı və mükafatçısı , qara kəmər 1-ci dan, Vətən müharibəsi iştrakçısı, Azərbaycan Respublikasının Ali Baş Komandanın Sərəncamına əsasən“Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmiş, Samir Məhərrəmov və Taekvando İdman növü üzrə Azərbaycan çempionu Beynəlxalq turnirlərin iştrakçısı və mükafatçısı , qara kəmər 1-ci dan , Avropa çempionatının gümüş mükafatçısı, “İdman ustası” Vəliyev Rahidlə məktəblilərin görüş keçirilib.

    Tədbirdən əvvə Masallı şəhər Qəhrəmanlar Parkındakı Şəhidlər abidə-kompleksi ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

    Dekabrın 10-da, şəhər 3 saylı tam orta məktəbində təşkil olunan görüşdə məktəbin müəllim və şagirdləri ilə yanaşı rayon gənclər və idman idarəsinin əməkdaşları, idmançılar, media nümayəndələri iştirak ediblər.

    Tədbir respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

    Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov ölkəmizdə Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən idmana göstərilən dövlət qayğısından geniş söz açaraq, “Çempionumuz” sosial idman layihəsi haqqında məktəblilərə geniş məlumat verərək, ölkəmizdə idmanının inkişafından bəhs edib.

    Tədbirdə taekvando idman növü üzrə əməkdar-məşqçi Ədalət Ağayev, taekvando idman növü üzrə məşqçi-müəllim Sadiq Ağayev ,Şəhər 3 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Fərman Zeynalov çıxış edərək idmançılarımıza gələcək yarışlarda da uğurlu nəticələr əldə etmələrini arzu ediblər.

    Sonda İdmançılar məktəbliləri maraqlandıran sualları cavablandırıb, məktəbin şagirdləri ilə xatirə şəkilləri çəkilib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR