AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Voleybol idman növü üzrə rayon birinciliyi keçirilib

  • + A
  • - A
  • 6-10-2021, 00:28


    Masallıda Voleybol idman növü üzrə rayon birinciliyi keçirilib.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 04-05 oktyabr 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Boradigah İdman zalında, torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş, məktəblər arasında Voleybol idman növü üzrə rayon birinciliyi keçirilib.

    Tədbirin mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və Uşaq–Gənclər İdman Şahmat məktəbinin direktoru Əlifağa Yaqubov çıxış edərək məktəbliləri salamlayıb və tədbirin keçirilməsində əsas məqsədin 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması zamanı şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin yad edilməsi və məktəblilər arasında sağlam həyat tərzinin aşılanmasından ibarət olduğunu qeyd ediblər.

    8 məktəb komandasının mübarizə apardığı Rayon birinciliyində, Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin komandası birinci, Türkoba kənd S.Vurğun adına tam orta məktəbinin komandası ikinci, Qodman kənd C.Kazımov adına tam orta məktəbin komandası üçüncü yeri tutublar.

    Qeyd edək ki, qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif ediliblər.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR