“Bu gün deputatların səsləndirdiyi fikirlərlə bağlı bir çox məsələlər 2022-2026-cı il sosial strategiyasında nəzərə alınıb”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında yeni hazırlanan “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Agentlik sədri bildirib ki, strategiya sənədində turizmə aid olan məsələlərin tez zamanda həll olacağına ümid edirik: “Turizm sektorunda lisenziya və icazələrin ləğvi iqtisadi fəallığı əhəmiyyətli şəkildə artırıb. Digər məqam turizm sektorunda istehlakçı hüquqlarının qorunması və xidmətin keyfiyyəti ilə bağlı problemdir. Otellərin göstərdikləri xidmətlərin keyfiyyətində problemlər müşahidə edilir. Bu istiqamətdə də inkişafa nail olmaq üçün normativ bazanın yaradılması vacibdir. Yeni qanun turizm sektorunda davamlı inkişafı dəstəkləməlidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.