AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid Balaqardaş Vəliyev anıldı – VİDEO/FOTOLAR

  • + A
  • - A
  • 15-12-2021, 20:44


    Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Balaqardaş Fərhad oğlu Vəliyevin doğulduğu Masallı rayonunun Viləş kəndində il mərasimi keçirilib.

    AzadMedia.az xəbər verir ki, il mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Millət vəkilləri – Anar İsgəndərov, Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak ediblər.

    Anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsindən danışıb.

    “Bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Bu gün Balaqardaşın ruhu bizimlədir. Balaqardaş kimi igid balalarımız bizə vüqarımızı, qürurumuzu və ləyaqətimizi qaytararaq Zəfər sevinci yaşatdılar. Biz belə gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.” - deyə icra başçısı qeyd edib.

    “Qədir bilən xalqımız şəhidlərimizi heç vaxt unutmayacaq. Onlar üçün hekayələr, kitablar yazılacaq, filmlər çəkiləcək. Masallıdan olan istedadlı gəncimiz Cəfər Cəfərovun rəhbərliyi ilə Masallı şəhidlərinin əziz ruhuna ithaf olunan “Zəfər yolu” adlı sənədli film çəkilir. Mən dünən Cəfəri qəbul edib, filmlə bağlı öz tövsiyələrimi verdim. Cari ilin dekabr ayının sonunda şəhid ailələrinin iştirakı ilə həmin filmin təqdimatını edəcəyik.” - deyə Şahin Məmmədov nitqində bildirib.

    Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov və başqa ruhanilər “Qurani-Kərim”dən ayələr oxuyub, ölkəmizə, millətimizə dualar ediblər.

    Şəhidin atası Fərhad Vəliyev hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirib.

    Sonda mərasim iştirakçıları kənd qəbiristanında şəhid Balaqardaş Vəliyevin məzarını ziyarət edib, məzarı üstünə qərənfillər düzüblər.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR