AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Təzə Alvadı kəndinin Şəhid əsgəri Sənan Səlimovun anım mərasimi keçirilib

  • + A
  • - A
  • 15-10-2021, 08:07



    Şəhid əsgər Sənan Səlimovun anım mərasimi qeyd olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 14 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Təzə Alvadı kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Sənan Nasif oğlu Səlimovun anım mərasimi keçirilib.

    Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX-nin Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər və s. iştirak ediblər.

    Masallı rayonunun icra başçısı cənab Ş.Məmmədov geniş nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri olan Sənanın qəhrəmanlıq yolundan söhbət açaraq qeyd edib ki, o, təkcə Nasifin yox, indi bütöv Azərbaycanın, bütün dünya azərbaycanlılarının, hamının övladıdır. Sənanlar bizə əyilən vüqarımızı, qürurumuzu qaytardılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin…
    Sənan 1 aprel 2001-ci il tarixdə Masallı rayonunun Təzə Alvadı kəndində anadan olmuşdur.
    2008-2017-ci illərdə Təzə Alvadı kənd 2 nömrəli tam orta məktəbində 9-cu sinfə qədər təhsil almışdır.
    2019-ildə SHXÇDX-nin Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə yollanmışdır.
    Azərbaycan Ordusunun əsgəri Sənan Səlimov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür. İgid döyüşçü oktyabrın 14-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
    Təzə Alvadı kənd qəbiristanlığında dəfn edilmişdir.
    Sənan subay idi...
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin15 və 25 dekabr 2020-ci iul tarixli sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, şəhid Sənan Səlimovun ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallının rayonunun icra başçısına dərin minnətdarlığını bildirib.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR