AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş prokuror Kəlbəcər və Qubadlıya yeni hərbi prokurorlar təyin etdi

  • + A
  • - A
  • 21-12-2021, 11:21

    Baş prokuror Kəlbəcər və Qubadlıya yeni hərbi prokurorlar təyin etdi

    Baş prokuror Kəlbəcər və Qubadlıya yeni hərbi prokurorlar təyin etdi. Azadmedia.az-ın əldə etdiyi məlumata görə Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Mahir Bayramov Kəlbəcər hərbi prokuroru, Elşən Mürsəlov isə Qubadlı hərbi prokuroru təyin edilib.
    İnformasiya Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib.
    Qeyd edək ki, Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli Sərəncamına əsasən Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR