“Azərbaycanda boşanmaların böyük əksəriyyətinə təsir edən amil sosial şəbəkələrdir”.
Bunu deputat Fazil Mustafa “Azərbaycanda mövcud ailə münasibətləri” ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, qapalı mühitdən çıxan insanlar açıq mühitdə özlərini ifadə etməkdə çətinlik çəkir: “Amma bu sosial şəbəkənin günahı deyil ki. Biz sosial şəbəkədə mədəniləşmə amilini inkişaf etdirə bilmədik. Sosial şəbəkələrdə dedi-qodu ilə məşğul olan insanların sayı çoxalıb. Bu sahədə texnologiyanın imkanlarını məhv etmişik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.