AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sosial şəbəkələr rəsmi şəkildə qadağan edildi

  • + A
  • - A
  • 29-06-2017, 10:50

    Sosial şəbəkələr rəsmi şəkildə qadağan edildi

















    Üzvlərinin sayını artırmaq üçün sosial şəbəkədən geniş şəkildə istifadə edən "İŞİD" terror qruplaşması radikal qərar qəbul edib.

    Terror təşkilatı çoxlu sayda mərkəzlərinin sosial şəbəkə hesabına məhv edildiyini əsas gətirərək sosial şəbəkələri qadağan edib.

    İraq və Suriyada yerli qüvvələrlə əməkdaşlıq edən beynəlxalq koalisiya qüvvələrinin fəaliyyəti nəticəsində İŞİD-in nəzarətində olan ərazilərin azad edilməsindən sonra təşkilat bu barədə açıqlama yayıb:

    "Militanların diqqətsiz davranışları səbəbindən yüzlərlə qruplaşma üzvümüz həyatını itirib. İŞİD militanlarının sosial şəbəkələrdən istifadə etməsi bizim üçün təhlükədən başqa bir şey deyil. Bu saytlar Allahın düşmənləri tərəfindən icad edilib və gecə-gündüz izlənilir. Sosial şəbəkələr hesabına çoxlu sayda bazamız yox edilib. Bu səbəbdən sosial şəbəkələrdən istifadə tamamilə qadağan edilir".

    ABŞ hərbi akademiyasının tərkibində fəaliyyət göstərən Terrorla Mübarizə Mərkəzinin (CTC) tədqiqatçıları İŞİD üzvlərinin internetdəki fəaliyyətləri səbəbindən özlərini ələ verdiklərini açıqlayıb.

    Qeyd edək ki, sonuncu dəfə isə Böyük Britaniyanın baş naziri Teresa Mey xüsusilə texnologiya şirkətlərinə İŞİD-lə mübarizədə sosial şəbəkələri və onlayn kanalları diqqətdə saxlamaq barədə göstəriş vermişdi. (İndependent)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR