İran hakimiyyəti Türkiyə ilə bütün sərhəd-keçid məntəqələrini 15 gün müddətinə bağlamaq qərarına gəlib.
AzadMedia.az “Cumhuriyet” qəzetinə istinadən xəbər verir ki, Türkiyə tərəfi hələlik bununla bağlı rəsmi açıqlama yaymayıb.
Lakin Türkiyənin Esendere bələdiyyə sədrinin sözlərinə görə, "İran öz vətəndaşlarının Yeni ili Türkiyədə keçirməsinə qadağa qoymaq istəyir, bu səbəbdən də heç bir səbəb göstərmədən Türkiyə ilə sərhədlərini bağlayıb", - deyə ifadə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.