AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BUTA körpələr evinin təşkilatçılığı ilə şəhid övladları üçün Yeni il tədbiri keçirilib – FOTOLAR

  • + A
  • - A
  • 27-12-2021, 15:18


    BUTA körpələr evi – uşaq bağçasının təşkilatçılığı ilə 23 Dekabr 2021 – ci ildə Qanlarıyla Şərəf və Qürur Tarixi yazan II Vətən Savaşı Şəhidlərinin övladları üçün Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.

    AzadMedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan bağçanın rəhbəri Günay Ağamalı xalqımıza Zəfər sevinci yaşadan Xilaskar Ali Baş Komandanımız, ölkə başçımız Cənab lham Əliyevin qətiyyətindən, peşəkar və unikal idarəçiliyindən, diplomatik məharətindən danışaraq onun rəhbərliyi ilə 44 gün sürən Dəmir Yumruq əməliyyatı zamanı Silahlı Qüvvələrimizin igidliyindən danışıb.

    Prezident – Xalq – Ordu birliyimizin dünyaya həmrəylik nümunəsi olduğunu xüsisi diqqətə çatdırdı. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhərman oğullarımızın xatirəsinin hər zaman anılacağından, xatirələrinin əziz tutulacağını önə çəkdi. Ölkə başçısı Cənab İlham Əliyevin, Birinci Vitse – Prezident Mehriban Xanım Əliyevanın Şəhid ailələrinə, onların övladlarına olan diqqət və qayğıya hər bir Azərbaycan vətəndaşının dəstək olmasının vacibliyini söyləyib.

    Şəhid Xüsusi Qüvvələrin Kapitanı Qarabağ Ordenli Şirinov Kamil Əliş oğlunun atası Şirinov Əliş, Şəhid Baş Leytenant Ələkbərov Əlisahib Selman oğlunun anası Ələkbərova Nilufər çıxış edərək onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar.

    Daha sonra Şaxta Baba və Qar qız Şəhidlərimizin övladlarını şənləndirdilər. Onlarla müxtəlif oyunlar keçiriblər. Şəhid qardaşlarımızın övladları şeirlər səsləndiriblər. Buta körpələr evi – uşaq bağçasının hədiyyələri fidanlara təqdim olunub.

    Şəhid Kapitan Nəcəfov İlkin Misir oğlunun övladı Nəcəfov Ömər İlkin oğlu, Şəhid Nəbiyev Cilingir Azad oğlunun övladı Nəbiyev Ayxan Çilingir oğlu, Qazi Baxışov Şiraslan Nizami oğlunun övladı Baxışova Kamilla Şiraslan qızına BUTA körpələr evi – uşaq bağçasında ödənişsiz təhsil alma hüququ verilib.
    BUTA körpələr evinin təşkilatçılığı ilə şəhid övladları üçün Yeni il tədbiri keçirilib – FOTOLAR
















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR