AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

3 saylı Körpələr Evində "Anım günü" tədbiri keçirilib

  • + A
  • - A
  • 27-09-2021, 15:15


    Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür.

    Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının Anım Günü ilə əlaqədar ölkə miqyasında bu gün bir sıra tədbirlər keçirilib.
    Azadmedia.az xəbər verir ki, şəhidlərimizin əziz xatirəsi 3 saylı Körpələr Evində də yad edilib.

    Belə ki, 27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarında dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərinə, bütün şəhidlərinə dərin ehtiram əlaməti olaraq, 3 saylı Körpələr Evində "Anım günü" tədbiri keçirilib.

    İlk növbədə, Azərbaycan dövlət himni səsləndirilib, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

    Daha sonra 3 saylı körpələr evinin rəhbəri Məhbubə Hüseynova və əməkdaşları çıxış edərək 27 sentyabr Qarabağ Zəfər tariximizin başladığı gün barədə uşaqlara ətraflı məlumat veriblər.

    Sonda uşaqlar vətən uğrunda canından keçən şəhidlərin ruhuna sayqı əlaməti olaraq şeirlər səsləndiriblər.

    Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü üçün canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan övladı - vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır!

    Allah şəhidlərimizə rəhmət eləsin!








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR