AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili 2021-ci ilin yekunlarından danışdı

  • + A
  • - A
  • 27-12-2021, 22:00


    Məşhur Məmmədov: “Yol saldığımız il ölkəmizin həyatında müsbət hadisələrlə yadda qaldı”

    “Başa vurmaq üzrə olduğumuz 2021-ci il Azərbaycanın həyatında əlamətdar hadisələrlə yadda qaldı. 2020-ci ildə əldə etdiyimiz tarixi Zəfərin yaratdığı yeni reallıq Azərbaycanın dünya miqyasında nüfuzunun artmasına və ölkəmizin daha da güclənməsinə gətirib çıxardı”.

    Bu sözləri TİA.AZ-a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov söyləyib.

    Onun sözlərinə görə, 2021-ci ildə işğaldan azad edilmiş torpaqlarımızın bərpası istiqamətində çox ciddi işlər görüldü: “44 günlük Vətən müharibəsinin ardınca Müzəffər Ali Baş Komandan İlham Əliyev bəyan etdi ki, işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyat qayıdacaq. Halbuki, düşmən bu əraziləri xarabalığa çevirmiş, daşı daş üstündə qoymamışdı. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngilan Beynəlxalq Hava Limanının təməlinin atılması, Şuşa Bəyannaməsinin imzalanması, Şuşada Xarıbülbül Musiqi Festivalının keçirilməsi, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünün təsdiq edilməsi və yeni iqtisadi rayonlar arasında Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının da yer alması və digər tarixi hadisələr göstərdi ki, Azərbaycan çox qısa müddət ərzində azad olunan torpaqlarını bərpa etməyə hazırdır”.

    Deputatın sözlərinə görə, iqtisadi-siyasi baxımdan da yol saldığımız ildə Azərbaycanın uğurları az olmadı: “Cənab Prezident İlham Əliyev müharibədən öncə Ermənistan rəhbərliyinə müraciət etdi ki, onlar işğal etdikləri əraziləri tərk edəcəyi tarixin təqvimini versinlər. Belə olacağı təqdirdə müharibənin dayandırıla biləcəyini bəyan etdi. Lakin onlar bunu etmədilər. Hazırda Müzəffər Ali Baş Komandan Zəngəzur dəhlizinin açılması ilə bağlı ortaya qəti mövqe qoyub. Ermənistan rəhbərliyi bu tələbi yerinə yetirməlidir. Əgər yerinə yetirməyəcəklərsə, “Dəmir Yumruq” yenidən başlarına dəyəcək. Hesab edirəm ki, yerinə yetirəcəklər və bu Azərbaycanın növbəti tarixi qələbəsi olacaq”.

    Millət vəkilinin 2022-ci ildən də gözləntiləri böyükdür: “Zəfər günü münasibətilə Amnistiya Aktının qəbul edilməsi, ilk dəfə Zəfər bayramının qeyd olunması, Türk Dövlətləri Təşkilatının (TDT) sammiti çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalaması, Aşqabadda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin XV Zirvə Toplantısı keçirilib. Azərbaycan, Türkmənistan və İran arasında qaz mübadiləsinə dair üçtərəfli saziş ilin mühüm tarixi hadisələridir. Heç şübhəsiz qarşıdakı ildə də ölkəmizin uğurları davam edəcək və biz yeni qələbələrə, nailiyyətlərə şahidlik edəcəyik” deyə Milli Məclisin üzvü fikrini yekunlaşdırır.
    // Azər Niftiyev, TİA.AZ


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR