AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Azərbaycanın erməni hərbçiləri qaytarmasını ALQIŞLADI

  • + A
  • - A
  • 30-12-2021, 07:30


    ABŞ 2021-ci il noyabrın 16-da saxlanılan erməni hərbçilərinin Azərbaycan tərəfindən qaytarılmasını alqışlayır.

    Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun "Twitter" hesabında paylaşım edilib.

    "Biz 2021-ci il noyabrın 16-da saxlanılan beş erməni hərbçisinin Azərbaycan tərəfindən qaytarılmasını alqışlayırıq" deyə, paylaşımda qeyd olunub.

    ABŞ Dövlət Departamenti bütün saxlanılanların tam və tez zamanda azad edilməsi, meyitlərin dəyişdirilməsi və itkin düşənlərin axtarışı ilə bağlı tərəflərə çağırış edib.

    "Biz beynəlxalq öhdəliklərə uyğun olaraq saxlanılanlara qarşı humanist rəftarın vacibliyini vurğulayırıq" deyə, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Bürosu qeyd edib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR