Azərbaycan Prezidenti İlham Əliyev və BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahid arasında telefon danışığı olub.
Bu barədə BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidentinin "Twitter" hesabında məlumat verilib.
O, telefon danışığı zamanı Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın rolunu və COVID-19 peyvəndlərinin ədalətli bölgüsü ilə bağlı təşəbbüslərini və Baş Assambleyada, BMT İnsan Haqları Şurasında universal peyvəndləmə ilə bağlı qətnamələrini yüksək qiymətləndirib və təşəkkürünü ifadə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.