AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənildi

  • + A
  • - A
  • 4-01-2022, 11:17


    Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (YAŞAT Fondu) toplanan vəsait hesabına indiyədək qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib.

    Azadmedia.az Report-a istinadən xəbər verir ki, fonda toplanan vəsaitdən öhdəliyə götürülmüş şəxslərin məişət şəraitinin yaxşılaşdırılması üçün 34 185 789,50 manat xərclənib.

    Tibbi xərclərin ödənilməsi üçün 12 613 948,01 manat, borc öhdəliklərinin qarşılanması üçün 5 687 318,37 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün isə 707 530,51 manat sərf olunub.

    Qeyd edək ki, indiyədək fondda 66 340 818,12 manat toplanıb. Vəsaitin 52 658 087,65 manatı xərclənib.

    Vəsaitin qalığı isə 13 682 730,47 manatdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR