Teleqramda qlobal problemlər yaranıb
Teleqram mesencerinin fəaliyyətndə qlobal problemlər yaranıb.
Azadmedia.az xəbər verir ki, bu barədə "Downdetector" portalı xəbər verir.
Belə ki, portalın məlumatına əsasən, texniki qüsurlar əsasən Rusiya, Ukrayna, Almaniya və İsveçrədə qeydə alınıb.
Bildirilir ki, istifadəçilərin 50 faizi tətbiqin işində, 36 faizi serverə qoşulmada, 14 faizi isə ismarıcların göndərilməsində problemlərlə üzləşiblər.